DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı

13 May, 2020 15:57 | Siyasət | Baxış sayı: 250
DTX
DTX

Detallar barədə əlavə məlumat veriləcək

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

İstiPress-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.