ABŞ-ın dövlət katibi İranla mübarizə üçün İsrailə getdi

13 May, 2020 12:29 | Siyasət | Baxış sayı: 41
Mayk Pompeo - ABŞ Dövlət katibi
Mayk Pompeo - ABŞ Dövlət katibi

Mayk Pompeo Tvitter səhifəsində yazıb

ABŞ dövlət katibi Mayk Pompeo İsrailə səfər edib.

İstiPress-in məlumatına görə, Dövlət katibi bu barədə Tvitter səhifəsində yazıb.

“Baş nazir Binyamin Netanyahu və Knesset spikeri Beni Qantzla iki əsas təhlükə - İran və koronavirusla mübarizə aparmaq üçün İsraildə olmaqdan məmnunam. İsrail və ABŞ çiyin-çiyinə bunlarla mübarizə aparacaq”, - Pompeo bildirib.