Vəzifəli şəxsin meyiti iş yerində tapıldı

13 May, 2019 10:51 | Siyasət | Baxış sayı: 94

İlkin məlumata görə, direktor ürəktutmasından vəfat edib

Cəlilabad rayonunda muzey direktorunun meyiti tapılıb.

İstiPress-in məlumatına görə, Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun meyiti iş yerindəki otağında aşkar edilib.

Məlumata görə, mərhum dünən günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.