Sarkisyan: "Azəbaycandakı didişmə və qarışıqlıq Şuşanı almağımıza kömək etdi"

13 May, 2019 11:25 | Siyasət | Baxış sayı: 69
Serj Sarkisyan
Serj Sarkisyan

"İki dəfə əməliyyat vaxtını dəyişdik"

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Azər4baycanın  işğal edilmiş Qarabağ zonasına baş çəkib.

IstiPress-in "aysor.am" erməni nəşrinə istinadən verdiyi məlumata görə, o, Ermənistan ordusunun Azərbaycanın Şuşa şəhərinin necə işğal etməsindən danışıb.

"Hər kəsə aydındır, Şuşanı almaqla biz qələbəni, demək olar ki, təmin etdik, digər tərəfdən, əgər hücum uğursuz olsa idi biz bütünlüklə məğlubiyyətə yuvarlanacaqdıq. Bu səbəbdən Şuşaya barədə uzun müzakirələr apardıq, buna qədər iki dəfə əməliyyat vaxtını dəyişdik. Şuşaya dörd istiqamətdən hücuma keçdik", - deyə Serj Sarkisyan erməni jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, hücumdan üç ay əvvəl, yanvar ayında Azərbaycan hərbçiləri çox böyük hücuma keçiblər. S.Sarkisyanın sözlərinə görə, həmin hücum zamanı Azərbaycan qoşunları uğurlu hücum nəticəsində ən döyüş qabiliyyətli erməni batalyonu məhv ediblər.

"Lakin o zaman Azərbaycanda daxili siyasi didişmə gedirdi, tam qarışıqlıq idi və bu da bizə çox kömək etdi. Qəti şəkildə  deyirəm  ki, Şuşanı almaq çox şeyi dəyişdi", - deyə Serj Sarkisyan qeyd edib.