Emin Milli prezidentdən üzr istədi

13 May, 2019 11:13 | Siyasət | Baxış sayı: 369
Emin Milli
Emin Milli

"Tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır"

"Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli (Abdullayev) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istəyib.

Bu barədə E.Milli özünün "Facebook" səhifəsində yazıb.

O, dövlət başçısından, hökumət nümayəndələrindən və digərlərindən üzrü nifrət ifadə etdiyinə görə istədiyini bildirib.

“İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər.

Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə".