Azərbaycan hərbi helikopterləri Türkiyədə VİDEO

13 May, 2019 11:48 | Siyasət | Baxış sayı: 59
Helikopter
Helikopter

Aviasiya vasitələri “Anatolian Phoenix-2019” təliminə qatılacaqlar

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

Hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.