Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

13 Aprel, 2020 14:36 | Siyasət | Baxış sayı: 143
Ankaradakı prezident sarayı
Ankaradakı prezident sarayı

Bu informasiyalar həqiqəti əks etdirmir

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

İstiPress-in məlumatına görə, diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir. 

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, səfirlikdən qeyd olunub.