Azərbaycan Ordusu S-300-ləri sahəyə çıxardı - VİDEO

13 Aprel, 2020 15:39 | Siyasət | Baxış sayı: 245

Hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq, marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.