Rusiyalı müşahidəçilər: Azərbaycan ən layiqli namizədi seçdi

13 Aprel, 2018 18:54 | Siyasət | Baxış sayı: 41
Azərbaycanda seçki
Azərbaycanda seçki

"Azərbaycan ən layiqli namizədi seçdi". İsiPress-in məlumatına görə, bu vahid nəticəyə prezident seçkisini müşahidə edən rusiyalı müşahidəçilər gəliblər.

Lila Qumarovanın fikrincə, təhsilə, sosial sahəyə, səhiyyəyə çox diqqət göstərən şəxs prezident seçilib: "Azərbaycan xalqı bunu görməyə bilməzdi. Bundan başqa İlham Əliyev özlkəsiuni daha güclü etmək niyyətindədir". MDB institunun direktoru Vladimir Jalixin hesab edir ki, İlham Əliyevin alternativi yoxdur: "O, öz yerindədir".

Ən əsası isə odur ki, rusiyalı nümayəndə heyətinin nümayəndələri İstiPress-in müxbirinə bildiriblər ki, 10 il ərzində İlham Əliyev mümkün olmayana nail olub: "Adambaşına düşən gəlir 85 dollardan 7850 dollara qalxıb. Möhtəşəm rəqəmdir. O, ölkənin müstəqil olmasına nail olub. Həm siyasi, həm də iqtisadi cəhətdən. Məgər bu əla nəticə deyil?"