Rusiya patriarxı İlham Əliyevə təbrik göndərdi

13 Aprel, 2018 08:35 | Siyasət | Baxış sayı: 20
Kirill - Rusiyanın patriarxı
Kirill - Rusiyanın patriarxı

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevə seçkilərdə qələbə çalaması münasibəti ilə təbrik məktubu ünvanlayıb. Kiril dövlət başçısını təbrik edib. 

"Bu inamlı qələbəniz həmvətəninizin sizə göstərdiyi yüksək etimadın göstəricisidir.  Əminəm ki, çox illik təcrübəniz xalqınıza bundan sonra da eyni dərəcədə uğurla xidmət etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza kömək edəcək.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan Respublikasının bütün xalqına sülh və firavanlıq arzu edirəm".