Müharibə alovu böyüyür

13 Aprel, 2018 10:12 | Siyasət | Baxış sayı: 692
İsarailə məxsus qırıcılar
İsarailə məxsus qırıcılar

"Əgər İran hücum eləsə...."

Dünyanı təşvişə salan müharibə hədələrində İsrail də qoşuldu. İstiPress-in məlumatına görə, ABŞ və Rusiyadan sonra İsrail də Suriyanı vurmaqla hədələyib.

Ölkənin müdafiə naziri Aviqdor Liberman bölgədəki gərginliyi daha da artıran bəyanat verib. O, İranın İsrailə hücum edəcəyi halda Suriya prezidenti Bəşər Əsədi aradan götürəcəklərini açıqlayıb.

Nazir mümkün ABŞ-Rusiya hərbi çəkişməsi zamanı Amerikanın yanında yer alacağıqlarını, Əsədə qarşı mübarizəyə qoşulacaqlarını elan edib. İranın İsrailə hər hansı hücum cəhdində isə Dəməşq rejimini devirəcəklər. "İranı belə bir addım atmaması ilə bağlı xəbərdar edirik. Çünki İsrail bu yolu sonuna qədər getməkdə qərarlıdır".