Mossad şefindən Azərbaycanın bir addımlığında müharibə xəbərdarlığı

13 Aprel, 2018 15:05 | Siyasət | Baxış sayı: 873
Mossad
Mossad

"İsrail Rusiya ilə savaş vəziyyətinə gəlı bilər"

"İsrail ilə Rusiya arasında hərbi toqquşma ehtimalı artıb". İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, bunu İsrailin kəşfiyyat xidməti olan Mossadın keçmiş başçılarından biri Efraim Halevi deyib. 

İsrailin "Kanal 10" televizyasına açıqlama verən Halevi iki ölkə arasında son zamanlarda yaşanan gərginliklə bağlı açıqlama verib. 

O, Rusiya ilə savaş ehtimalının artdığını deyib. "Bu savaş ölkəmizin şimalında (Suriyada) öz qüvvələrini yerləşdirən və buradakı mövcudluğunu möhkəmləndirən bir ölkə ilə olacaq. Bu ölkə şimal sərhəddini müəyyən edən tərəfdir. Rusiya ilə savaş vəziyyətinə gələ bilərik, güclərimiz qarşı-qarşı dayana bilər. Bu super güclə savaş etmədən ortaq nöqtəyə gəlməyin yolunu tapmalıyıq. Ancaq savaş çıxsa belə buradan qalib kimi ayrılmalıyıq".  

Onun sözlərinə görə, Rusiya Suriyada uzun müddət qalmaq niyyətindədir. Belə ki, hərbi bazalarını belə onillərlər qalmaq şərti ilə inşa edib.

"Zənn edirəm ki, bölgədəki önəmli strateji tərəfdaşı olan İranın məğlub olmasını istəməyəcək. Bu ona fayda gətirməz".

Efraim Halevi
Efraim Halevi