Erməni ermənini həbs edir

13 Aprel, 2018 11:50 | Siyasət | Baxış sayı: 100
Ukrayna - Maydan
Ukrayna - Maydan

Sarkisyan Maydana toplaşanları güllələyənlərdən biri olub

Ukraynada Maydan hadisələri zamanı insanları güllələyən şəxs tutulub. Ermənistan vətəndaşı olan Armen Sarkisyan Fransada saxlanılıb. Bu barədə Ukraynada DİN rəhbəri Arsen Avakov məlumat yayıb. Qeyd edək ki, onun özü də milliyətçə ermənidir.

“Fransız həmkarlarımız bizim sorğumuz əəsasında Sarkisyanı saxlayıblar. Onda Ukrayna pasportu olmasına baxmayaraq, Sarkisyan özünü Ermənistan vətəndaşı kimi təqdim edib. O, Ukrayna pasportunu Ermənistanınkindən öncə alıb”.

Ukraynda DİN onu Maydanda insanları qətlə yetirən qrupun nümayəndələrindən biri hesab edir. Bundan başqa Sarkisyan həm də başqa cinayət işlərinin fiqurantıdır. Onların arasında partlayış təşkili və s var.

Maydan fəallarına atəş açan cinayətkar qrupun rəhbərlərinin kimliyi 2015-ci ildə müəyəyn edilmişdi.