Avropa İttifaqı seçkilərlə bağlı bəyanat yaydı

13 Aprel, 2018 13:30 | Siyasət | Baxış sayı: 97
Seçki
Seçki

"Bu, müsbət addım kimi qiymətləndirilir"

Avropa ttifaqı (Aİ) Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Avropa Xarici Əlaqələr Xidmətinin bəyanatında vurğulanır ki, ATƏT/DTİHB seçki müşahidə missiyası qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərlə müsbət yanaşma nümayiş etdirib. Onlar sərbəst şəkildə fəaliyyət göstərə biliblər və bu, müsbət addım kimi qiymətləndirilir.

Qurum Azərbaycan xalqının rifahı və Aİ ilə Azərbaycan arasındakı münasibətlər naminə prezidentin yeni səlahiyyət müddətində də dialoqun və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib. 

Avropa İttifaqı ümid edir ki, Azərbaycan ATƏT/DTHİB-in bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacaq və həyata keçirəcək: “Avropa İttifaqı bu prosesdə köməklik göstərməyə hazırdır".