ABŞ-ın vurmaq istədiyi hədəflər

13 Aprel, 2018 14:05 | Siyasət | Baxış sayı: 220
ABŞ-Rusiya arasında ticari müharibə
ABŞ-Rusiya arasında ticari müharibə

Siyahıda 8 hədəf var

ABŞ Suriyada səkkiz hədəfə hücum etməyi planlaşdırır. İstiPress-in məlumatına görə, bunu CNBC kanalı açıqlayıb. Hücum planlaşdırılan hədəflərdən ikisi hərbi hava bazasıdır. Onların arasında bir araşdırma mərkəzi də var. 

Milli Təhlükəsizlik Şurasının iclasından sonra adının açıqlanmasını istəməyən bir mənbə kanala açıqlama verib. 

"Yekun qərar qəbul edilməyib. Amma ABŞ səkkiz mümkün hədəfə hücum şansını dəyənrləndirir".

Mənbənin sözlərinə görə, Suriya ordusu Rusiyanın nəzarətində olan ərazilərə xeyli sayda silaha-sursat ehtiyatı toplayır. Onlar bura ABŞ-ın hücum etməyəcəyinə ümid edirlər.

Xatırladaq ki, ötən hədftə Suriyada baş verdiyi iddia edilən kimyəvi silah hücumundan sonra bölgədə vəziyyət daha da gərginləşib. ABŞ hərbi əməliyyatlara başlaya biləcəyini deyib. Rusiya isə atılan raketlərin vurula biləcəyini deyərək cavab verib. Bundan sonra adıçəkilən ölkələr arasında böhran böyüyüb. ABŞ prezidenti Donald Tramp yazdığı tvitləri ilə dünyada yaranana savaaş qorxusunu daha da artırıb. Belə ki, o ilk olaraq "Rusiya, bizi gözlə raketlərimiz gəlir" yazıb. Sonra isə "Suriyanı tez də vura bilərik, heç kimin gözləmədiyi bir zamanda da" yazaraq müharibə təhlükəsinin sovuşmadığının siqnalını verib.