Koronavirusu ABŞ yayıb? Çindən şok açıqlama

13 Mart, 2020 10:37 | Siyasət | Baxış sayı: 203
Koronavirus
Koronavirus

"Dürüst olun, izahat verin"

"Koronavirusu Uhana Amerika hərbçiləri gətirə bilərdilər". Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Çjao Litszyan belə hesab edir. O bu barədə “Twitter” səhifəsində yazıb. "Dürüst olun! Öz məlumatlarınızı dərc edin! ABŞ bizə izahat verməlidir". 

XİN rəsmisi Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildin sözlərini də şərh edib. Reldfild verdiyi açıqlamada ABŞ-da insanların bir neçə dəfə qirpdən öldüyü düşünüldüyü halda sonradan onlarda koronavirus aşkar edildiyini söyləmişdi.

Xatırladaq ki, Çində koronavirus infeksiyası ötən ilin sonundan yayılmağa başlayıb. Pandemiyanın mərkəzi Uhan şəhəri olub. Daha sonra virus dünyanın 100-dən artıq ölkəsinə sıçrayıb. Ən son məlumata görə, bu günə kimi dünyada 5 mindən çox adam bu taclı virusun qurbanı olub. Ən çox ölüm halı isə Çin, İtaliya və İrandadır.