Rusiyadan Azərbaycana gəlmək istəyən ermənilərə xəbərdarlıq

13 Mart, 2019 09:22 | Siyasət | Baxış sayı: 199
Bakı
Bakı

XİN Rusiya vətəndaşlarına müraciət edib

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) erməni əsilli ölkə vətəndaşlarına xəbərdarlıq edib. Onlara Azərbaycana planlaşdıran səfər zamanı qətiyyətlə qarşıya çıxa biləcək riskləri dəyərləndirməyi tövsiyə edilib. 

Bu, XİN-nin internet səhifəsində "Rusiya vətəndaşları üçün xəbərdarlıq" bölməsinə yerləşdirilib.

Erməni əsilli vətəndaşlara Azərbaycan sərhədçilərinin yoxlanmasından keçməyin çətinlikləri barədə məlumat verilib. "Bu, belə insanların şəxsi təhlükəsizliklərinin təmin edilməsinin mümkünsüzlüyü ilə izah edilir", deyə qeyd edilib.