Paşinyanın azərbaycanlılarla dialoq arzusu

13 Mart, 2019 11:22 | Siyasət | Baxış sayı: 201
Paşinyan Qarabağda
Paşinyan Qarabağda

Erməni nazir Qarabağa getdi və...

Dağlıq Qarabağ danışıqları ilə bağlı beynəlxalq ictimaiyyətin bəyanatları ilə tanış olduqdan sonra ermənilərin baş naziri dərhal Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib. Nikol Paşinyan burada Təhülkəsizlik Şurasının torplantısını keçirib. Ölkə prezidentinin qatılmadığı toplantıda separatçı rejimin başçısı da iştirak edib. Bu iclas haqqında rəsmi məlumat verilməsə də, baş nazir yenidən bəyanatla çıxış edib. O, yenə də  Avropadan olan həmsədrlərin belə rədd etdikləri fikirlərini səsləndirib. 

Erməni mətbuatı yazır ki, bu gün Paşinyan çıxış yolunun olmamasından əziyyət çəkir. “Past” qəzeti onun B planı hazırlığında olduğunu qeyd edir. Əgər perespektivdə yaxşı heç nə baş verməsə günah keçisinin axtarışı başlayacaq. Nəşrin məlumatına görə, artıq bu keçi tapılıb - XİN başçısı Zöhrab Mnatsakanyan. Nəticədə nə isə baş versə Baş nazir sadəcə XİN rəhbərini dəyişəcək. Bu ona həm vaxt udmağa, həm də bütün günahı onun üzərinə qoymağa imkan yaradacaq. Ən əsası isə özünün düşməyə başlayan küçə başçısı reytinqini qoruya bilər. Bu erməni sayağı üsuldur.

Əlavə edək ki, Paşinyan çıxışında birdən Azərbaycan xalqı ilə dialoqa girmək kimi özünün səmimi (çoxları onun səmimiliyindən şübhə edir) arzusundan danışıb. Azərbaycanalılaçrın belə hal baş verərsə ona nə deyəcəklərini təsəvvür etmək çətin deyil. Xüsusi ilə Qarabağda işğalçılar tərəfindən yaxınları vəhşiçəsinə qətlə yetirilən, ev-eşiklərindən didərgin düşənlərin. Vaxt gələcək və onlar bu barədə Paşinyana bütün düşündükləri, yaşadıqlarını deyəcəklər  - həm də hər hansı vasitəçi ilə yox, birbaşa üzünə.