Nəcməddin Sadıkov Rusiyaya getdi

13 Mart, 2019 18:56 | Siyasət | Baxış sayı: 167
Nəzməddin Sadıkov
Nəzməddin Sadıkov

Müdafiə Nazirliyiməlumat yayıb

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.