Mehriban Əliyeva xanım Makronu Bakıya dəvət etdi

13 Mart, 2019 08:41 | Siyasət | Baxış sayı: 34
Brijit Makron və Mehriban Əliyeva
Brijit Makron və Mehriban Əliyeva

Fransa prezidentinin həyat yoldaşı dəvəti məmnunluqla qəbul edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.