Daha bir erməni hərbçisi öldü

13 Mart, 2019 10:35 | Siyasət | Baxış sayı: 61
Erməni hərbçisi
Erməni hərbçisi

Bu 19 yaşlı Hamlet Avaqyandır

Azərbaycan ərazilərini işğal edən Ermənistan daha bir hərbçisini itirdi. İstiPress-in məlumatına görə, bu barədə erməni mətbuatı Müdafiə Nazirliyinin mətbuat xidməti Artsrun Ovanisyana istinadla xəbər yayıb.

O, "Facebook"da qeyd edib ki, ölən 2000-ci il təvəllüdlü feldşer Hamlet Avaqyandır. Məlumata görə, o, xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

Avaqyan Ermənistanın şimal-şərqindəki hərbi hissədə xidmət edib. 

Xatırladaq ki, ötən gün Ermənistan ordusunun hərbçisi  Karen Karapetyan da işğal altında olan Ağdərə rayonu istiqamətində ölmüşdü.