Rusiya son sözünü dedi - "Vurarıq"

13 Mart, 2018 14:45 | Siyasət | Baxış sayı: 562
Suriyada rus hərbçiləri
Suriyada rus hərbçiləri

İki super güc müharibə zonasında qarşı-qarşıya

Rusiyadan ABŞ-a böyük təhdid. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov ABŞ-ın Suriya hökumətini kimyəvi silahdan istifadədə günahlandırmağı planlaşdırdığını deyib. Bunun üçün hətta Amerika hökumət qüvvələrinin nəzarətində olan paytaxtın bəzi məhəllələrinə kimyəvi silahla saxta hücum etməyi də nəzərədə tutur. 

Baş Qərargah rəisi əllərində məsuliyyətinin hökumətin boynuna atılacağı saxta bir kimyəvi silahlı hücum hazırlığı ilə bağlı məlumatlar olduğunu deyib. 

Planlaşdırılan saxta hücumun qurbanları kimi təqdim ediılmək üçün ölkənin müxtəlif yerlərindən qadın, uşaq və yaşlılar Şərqi Qutaya aparılır. Özlərini yardım təşkilatı kimi təqdim edən "Ağ dəbilqə" üzvləri, peyk ötürücüləri, kameralar ilə hücumun təşkil ediləcəyi yerə göndəriliblər. 

Onun sözlərinə görə, ötən gün Şərqi Qutanın Aftris kəndində kimyəvi sursatın istehsalı məqsədi ilə qurulan bir emalatxananın tapılması da əllərində olan məlumatları, planlı şəkildə hücum hazırlığı aparıldığını təsdiqləyir. 

Gerasimov Suriya ordusuna aid binalarda rus hərbçiləri, müşavirləri olduğunu da xatırladıb. Gerasimov deyib ki, əgər Suriyanın paytaxt Dəməşq başda olmaqla hər hansı nöqtəsi bombalanar və bu ölkədəki rus hərbçilərin həyatını təhlükə altına qoyarsa cavab addımı atılacaq.

Xatırladaq ki, bu açıqlama ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haleyin kimyəvi silahdan istifadə edildiyinə dair əllərində dəlil olacağı halda Vaşinqtonun Dəməşqə hücum edə biləcəyini deməsindən bir gün sonra edilib.