Rumın nazir müavini Bakıya gəldi, İlham Əliyevə başsağlığı verdi

13 Mart, 2018 15:10 | Siyasət | Baxış sayı: 91
Ana Birçalla görüş
Ana Birçalla görüş

Prezident bu gün xarici qonağı qəbul edib

Prezident İlham Əliyev bu gün bakıda qonaq olan Rumıniyanın Baş nazirinin müavini Ana Birçallı qəbul edib. Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Ana Birçall bildirib ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən Ana Birçall Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirdiyini deyib. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu deyib.

Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.