Azərbaycan tankları hazır vəziyyətə gətirildi FOTO, VİDEO, YENİLƏNİB

13 Mart, 2018 13:55 | Siyasət | Baxış sayı: 637
Təlim
Təlim

Bölmələr müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək

Genişmiqyaslı təlimlər davam edir. Davam edən təlimlərdə qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.

Saat 11:35

Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər. Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.

Təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Saat 10:15

Keçirilən təlimlərin rəhbərinin qərarına əsasən qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra ediblər.

Xatırladaq ki, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edib.

Təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilib.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.