Hüsnü Mübarək azadlığa çıxır

13 Mart, 2017 19:32 | Siyasət | Baxış sayı: 126
Hüsnü Mübarək
Hüsnü Mübarək

Misirin Baş prokuroru bu barədə qərar verib

Misirin Baş prokuroru ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin azad edilməsi barədə qərar verib.

İstiPress-in məlumatına görə, H.Mübarəkin azad edilməsi ilə bağlı vəsatət bir neçə gün əvvəl onun vəkili tərəfindən təqdim edilmişdi.

Vəkil mətbuata verdiyi açıqlamada keçmiş prezidentin bir neçə gün ərzində azad olunmasını gözlədiyini bildirib. “Azadlığa çıxdıqdan sonra Hüsnü Mübarək Qahirənin Heliopolis rayonuna, prezident olduqdan sonra yaşadığı rayona qayıdacaq”.

Qeyd edək ki, H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi.