Sabir Rüstəmxanlının Almaniyada tutulmuş qardaşı azadlığa çıxdı

13 Fevral, 2020 14:46 | Siyasət | Baxış sayı: 64
Əlövsət Əliyev
Əlövsət Əliyev

Qaçaq yolla Azərbaycandan Almaniyaya insan aparmaqda suçlanırdı

Almaniyada azərbaycanlı mühacirlərin saxta sənədlə miqrasiya etməsi ilə bağlı saxlanılan Əlövsət Əliyev azadlığa buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə onun oğlu Türkel Rüstəmxanlı məlumat verib.

Ə.Əliyev 2019-cu ilin noyabrında alman polisi tərəfindən bir neçə nəfərlə birgə saxlanılmışdı. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli insanı Almaniyaya aparıblar. 

Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb. Bununla bağlı keçirilən əməliyyat zamanı saxlanılanlardan biri də “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev idi.