Bu şəhərin başçısı öz ərizəsi ilə işdən getdi

13 Fevral, 2020 16:59 | Siyasət | Baxış sayı: 374
Xudat şəhəri
Xudat şəhəri

Hələlik bu posta yeni təyinat yoxdur

Xudat şəhər icra nümayəndəsi vəzifəsindən getdi. Xaçmaz İH başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov vəzifəsindən azad olunub.

Akif Mərdanov İstiPress-in şimal bürosuna öz xahişilə vəzifəsindən getdiyini bildirib.

11 il Xaçmaz İH başçısının 1-ci müavini, 6 il Xudat şəhər nümayəndəsi işlədiyini bildirən Akif Mərdanov vəzifədən getməyinin səbəbini tam açıqlamayıb.

Xaçmaz İH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Emil Tağıyev Xudat icra nümayəndəsi Akif Mərdanovun öz ərizəsi ilə işdən kənarlaşdırıldığını deyib: "Hələlik bu posta yeni təyinat yoxdur. Xudat şəhər nümayəndəsi vəzifəsi müvəqqəti olaraq İH-nin əməkdaşı Pərviz Əmircanova həvalə edilib".