“Aksiyaya baxdım, sevindim, ləzzət aldım” - Məzahir Pənahov

13 Fevral, 2020 19:38 | Siyasət | Baxış sayı: 274
Məzahir Pənahov
Məzahir Pənahov

"Başlayan kimi bütün xarici kanallar verdi"

"Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi".

İstiPress-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Məzahir Pənahov deyib.

MSK sədri əlavə edib ki, sözügedən aksiyanı xarici telekanallar da yayımlayıb: "Aksiya başlayan kimi bütün xarici kanallar verdi. Mən də hamısında baxdım, sevindim, ləzzət aldım".