Türkiyə ABŞ ilə əlaqəsini kəsir?

13 Fevral, 2018 12:12 | Siyasət | Baxış sayı: 194
Türk əsgərləri Afrində
Türk əsgərləri Afrində

Baş nazirin müavinindən xəbərdarlıq

"ABŞ-la Türkiyə arasında əlaqələr qopa bilər". İstiPress-in məlumatına görə, bunu Türkiyənin baş nazirinin müavini Hakan Çavuşoğlu deyib. O, ABŞ-ın terror təşkilatına silah verməsi məsələsini şərh edib.

"ABŞ-ın Türkiyə ilə birlikdə hərəkət etməsi, terror təşkilatı olan PKK/PYD/YPG-yə qarşı mübarizədə bizim yanımızda yer alması lazımdır. Ancaq ölkənin daxilində də bu məsələdə fərqli bəyanatalar ortaya çıxır. İllərdir etdiklərinin doğru olmadığını deyirik. Amma heç bir dəyişiklik yoxdur. ABŞ-ın belə münasibətinin davam etməsi iki ölkə arasındakı münasibətləri qopma səviyyəsinə gətirə bilər". 

O, Amerikanın İŞİD-ı bəhanə edərək bölgədə başqa bir terror təşkilatı üçün zəmin hazırlamasının qəbuledilməz olduğunu deyib. 

Hakan Çavuşoğlu
Hakan Çavuşoğlu