Saakaşvilini saçından sürüyüb Ukraynadan çıxardılar VİDEO

13 Fevral, 2018 10:23 | Siyasət | Baxış sayı: 210
Mixail Saakaşvili
Mixail Saakaşvili

Keçmiş prezident Polşaya göndərilib

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynadan çıxarılıb. Məlumata görə, o Kiyevdəki restoranlardan birində xüsusi təyinatlı dəstə tərəfindən saxlanılıb. 

Saakaşvili artıq bundan öncə qaldığı ölkəyə - Polşaya göndərilib. Polşa onun Avropa Birliyinin vətəndaşı olan həyat yoldaşına görə qəbul edib. 

İddiaya görə, Saakaşvili saçından tutub sürüyərək restorandan çıxarıblar. Onun "Facebook" səhifəsində müşahidə kameralarına düşən görüntülər paylaşılıb. Videoda görünür ki, üzü maskalı şəxslər restorana girir, bir neçə nəfəri yerə uzadırlar. Daha sonra onlar Saakaşvili olduğu güman edilən şəxsi çıxarırlar. Bu zaman xüsusi təyinatlılardan biri onun saçlarından tutaraq dartır. 

Ukrayna keçmiş prezidentin bu dövlətin ərazisində qanunsuz olaraq qaldığını açıqlamışdı. Ötən il prezident Petro Poroşenko onu vətəndaşllıqdan məhrum edib. Buna baxmayaraq Saakaşvili sərhəddən keçərək Ulkrayna ərazisinə girə bilmişdi. 

Xatırladaq ki, gürcüstan ötən il POlşaya sorğu göndərərk Saakaşvilinin ekstradisiyasını istəmişdi.