Putin Trampla danışdı

13 Fevral, 2018 09:04 | Siyasət | Baxış sayı: 53
Vladimir Putin telefonla danışır. Arxiv.
Vladimir Putin telefonla danışır. Arxiv.

İki lider arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Tramp həmkarı ilə danışıq zamanı deyib ki, fələstinlilər ilə israillilər arasında sülh yolu ilə razılıq əldə etmək üçün işləməyin vaxtı çatıb.  Ağ ev iki prezidentin söhbəti barədə məlumat yayıb.

ABŞ və Rusiya prezidentləri qarşılıqlı maraq doğuran başqa mövzularla da bağlı müzakirələr aparıblar. Onların arasında Şimali Koreyaya qarşı atıla biləcək addımlar da olub.  

Xatırladaq ki, ötən gün Rusiya lideri Vladimir Putin Moskvada Fələstin lideri Mahmud Abbas ilə görüşüb. Putin Trampla danışdığını da məhz bu zaman deyib. 

M.Abbas isə görüş zamanı bildirib ki, Fələstinin Yaxın Şərq münaqişəsinin nizamlanmasında vasitəçi kimi ABŞ-la əməkdaşlıq etmək fikri yoxdur. Fələstin ancaq çoxtərəfli mexanizmin olacağına ümid edir. ABŞ isə burada tərəflərdən biri ola bilər. 

O, həmçinin ABŞ-ın İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi qərarını da fələstinlilərə vurulan sillə adlandırıb.