Tabor komandirləri toplandı FOTO

13 Yanvar, 2020 12:22 | Siyasət | Baxış sayı: 60
Toplantı
Toplantı

Ümumqoşun döyüşünün aparılması üzrə bilikllər yoxlandı

Tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.
Toplantı Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq baş tutub.

Toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.