Tarixdə bir ilkin FOTOsu

13 Yanvar, 2018 09:33 | Siyasət | Baxış sayı: 475
Ərəb qadınlar stadionda
Ərəb qadınlar stadionda

Hələ belə bir hadisə olmamışdı

Səudiyyə Ərəbistanı tarixində bir ilk yaşanıb. İstiPress-in məlumatına görə, ölkə tarixində ilk dəfə olaraq qadınlara stadiondan yarış izləməyə icazə verilib. Stadionda futbol matçını izləmək istəyən qadınlar üçün xüsusi bir yer ayrılıb.

Ciddədə keçirilən matça gələn qadınlar da vəziyyətlərindən olduqca məmnun görünüblər. Onların fikrincə, bu ölkədəki köklü islahatların göstəricisidir. 

Bəzi qadınlar hətta özləri ilə övladlarını da gətiriblər. 

Xatırladaq ki, Ərəbistanda inqilabi sayılacaq islahatlar ötən il qəbul edilib. İlk olaraq qadınlara sürücülük hüququ verilib. Məhz bu hüququ uğrunda ölkədə qadınlar uzun illər mübaizə aparıblar. Daha sonra onların yarışları, matçları birbaşa stadionlardan izləməsinin yolu açılıb. Ən son olaraq isə 25 yaşdan yuxarı qadınların Səudiyyədə təkbaşına, heç bir kişinin müşayiəti olmadan səyahət etmə hüququ təsdiqlənib. 

Ölkədəki dəyişikliklərin səbəbkarı isə vəliəhd şahzadə Məhəmməd Bin Salmandır.