Kadırov Kərbəla adı ilə Goranboya gətirilən qadını geri qaytardı

13 Yanvar, 2018 11:25 | Siyasət | Baxış sayı: 540
Ramzan Kadırov
Ramzan Kadırov

104 yaşlı Mədinə nənə Çeçenistana getdi

Kərbəla adı ilə aldadılaraq Azərbaycana - Gədəbəyə gətirilən qadın öz vətəninə qaytarıldı. İstiPress-in məlumatına görə, 104 yaşlı Mədinə Əliyeva çeçen lider Ramzan Kadırovun köməkliyi ilə Çeçenistana gedib. 

Yaşlı qadın Çeçenistandan olan nümayəndə heyətinin müşayiəti ilə Azərbaycanı tərk edib.

Çeçenistanın rəhbəri Ramzan Kadırov Yeni il ərəfəsində Kərbəla adı ilə aldadılaraq Azərbaycanın Goranboy rayonuna aparılan Mədinə Əliyeva ailə bağlı bir neçə gün öncə tapşırıq vermişdi. Kadırov çeçen əsilli olduğunu idda edən qadını ölkəsinə aparmaq niyyətində idi. 

Xatırladaq ki, qadın  Bakıda yerləşdirildiyi sığınacaqda əslən çeçen olduğunu, Xasavyurt rayonunda Osmanyurt kəndində yaşadığını deyib. Lakin Kadırov adıçəkilən kənd admnistrasiyasında qadın barədə heç bir məlumat olmadığını da bildirib. Amma yaşlı qadının əlində bu kənddən olması barədə arayış olub. . 

Çeçen liderin tapşırığı ilə onun nümayəndələri yaşlı qadını Bakıda yerləşdirildiyi sığınacaqda ziyarət edib, ona lazım olan ərzaq məhsullarını alıblar. "Bazar ertəsi Azərbaycan və Rusiya səfirliklərinin köməyi ilə Əliyevanın məsələsi həll ediləcək. Əsas odur ki, qadının təcili köməyə ehtiyacı var. Onun haradan olduğu əsas deyil".