Çinin Bakıya gətirdiyi ermənilərin yeni qalmaqalı

13 Yanvar, 2018 10:30 | Siyasət | Baxış sayı: 1121
Bakı hava limanı
Bakı hava limanı

"Yeməkdən imtina etdik, suya isə nəsə qatmışdılar"

Ancaq erməni mətbuatı belə arsızca yalan danışa bilər. Bu dəfəki uydurmaları ilə bir neçə gün öncə Bakıda məcburi eniş edən Çin hava yollarına məxsus təyyarə ilə bağlıdır. Adıçəkilən təyyarə Pekindən Tiflisə uçmalı idi. Lakin Tiflisdəki qatı dumana görə təyyarə Bakıda eniş etməli olub. Erməni mətbuatı isə bu təbii hadisəni qalmaqal kimi təqdim edib.

Qeyd edək ki, məcburi eniş halları tez-tez baş verir. Eniş edəcəyi şəhərdə hava şəraiti əlverişsiz olanda təyyarələr ən yaxın ölkəyə, şəhərə eniş icazəsi alırlar. Bununlada onlar sərnişinlərin təhlükəsizliklərini təmin etməyə çalışırlar. 

Pekindən gələn təyyarənin göyərtəsində 5 erməni də olub. Sərnişinlərdən biri -  İda Mnasakyan erməni mətbuatına bu "qalmaqal"ın təfərrüatlarını danışıb. Onun sözlərinə görə, Bakıdakı hava Tiflisdən daha pis olub. Pilotlar çox çətinliklə təyyarəni endirə biliblər. Bundan sonra sərnişinlər tranzit zonaya keçiriliblər. Zonada isə hava limanı əməkdaşlarından başqa heç kim olmayıb. Maraqlıdır erməni sərnişin tranzit zonada kimi görmək arzusunda idi?

İdanın iddiasına görə, Bakıda hava limanı işçiləri onlara o qədər böyük təəccüblə baxıblar ki... Yəqin ki, onun özü, həm də yazının müəllifi bilmir ki, Bakıda İrəvandan fərqli olaraq on minlərlə erməni milliyətindən olan yaşayır. Biz onlarla demək olar ki, addımbaşı qarşılaşırıq.

Çoxbilmiş İdanın sözlərinə görə, Bakı hava limanında sərnişinlərə yemək və su təklif edilib. Amma ermənilər qidadan imtina ediblər. Zəhərlənəcəklərindən qorxublar. Baxmayaraq ki, təyyarənin digər bütün sərnişinləri bu qidaları böyük məmnuniyyətlə qəbul edib. Bir butulka olan suya isə nəsə qatıblarmış. Çünki içən kimi birdən onlar hamısı yatıblar. Erməninin harada-harada məhz Bakıda yatması isə sadəcə yolverilməzdir...

“Şükür Allaha ki, hava limanında pulsuz internet şəbəkəsi olub və  Ermənistan XİN-lə əlaqə saxlaya bildik". İndi ermənilər iddia edirlər ki, Çinin təyyarəsini məhz onlar xilas edib və Tiflisə çatmasına yol açıblar. 

Bu səfərdən sonra isə İda onların təhlükəsizliyi üçün qatı dumanda Tiflisə yox, Bakıya eniş edən hava yolunu məhkəməyə verməyə hazırlaşır. Ermənilər çinli pilotların, hava yolu əməkdaşlarının onlarla maraqlanmamasından şikayət edirlər. 

Ən maraqlısı odur ki, hətta erməni sərnişinin ağızdolusu danışdıqlarında belə qalmaqallı heç bir hadisəyə rast gəlinmir. Sadəcə görünür erməni jurnalistlər növbəti qarayaxma kampaniyalarını işə salmağa çalışıblar. 

Bir daha erməni jurnalistlərə xatırlada bilərik ki, azərbaycanlılar sizin həmyerliləriniz kimi heç vaxt metro, avtobus partlatmayıblar, uşaq və qadınları belə vəhşicəsinə qətlə yetirməyiblər.