ABŞ prezidenti porno ulduza 130 min verdi?

13 Yanvar, 2018 13:10 | Siyasət | Baxış sayı: 448
Stefani Klifford
Stefani Klifford

İddiaya görə, Tramp aktrisa ilə münasibətini gizlətmək istəyib

Amerika prezidentinin keçmiş porno ulduzla münasibətini ört-bastır etmək üçün ona 130 min dollar pul verilib. İstiPress-in məlumatına görə, "Wall Street Journal" yazır ki, Donald Trampın vəkili Maykl Koen Stefani Klifford adlı porno ulduza ödəniş edib. Bunun müqabilində ondan Trampla olan münasibətini dilə gətirməmək tələb edilib. 

Nəşrin məlumatına görə, aktrisa ilə indiki prezident arasında münasibət Tramp Melaniya ilə ailə qurduqdan bir il sonra, yəni 2006-cı ildə olub. Seçkiqabağı təşviqat kampaniyası zamanı Klifford mətbuata bu münasibət haqqında danışıb. Lakin sonradan hüquqşünaslar onunla gizliliyin qorunması barədə razılaşma əldə ediblər. Təbii ki, ödəniş qarşılığında. 

Trampın şəxsi vəkili bu iddiaları təkzib edib. Koenin sözlərinə görə, bu şayiələr 2011-ci ildən yayılmağa başlayıb və müntəzəm olaraq gündəmə gətirilir. "Prezident Tramp yenidən belə münasibətin mümkünlüyü barədə bütün məlumatları təkzib edir". 

Aktrisanın özü də münasibəti və pul alması barədə təkzib bəyanatı yayıb. "Bəzi KİV-lər mənim illər öncə Trampla seksual-romantik münasibətim olduğunu yazırlar. Mən aydın şəkildə izah edirəm ki, deyilənlərin hamısı yalandır. Əgər mənim prezidentlə belə əlaqəm olsaydı inanın ki, mənə  siz bu barədə xəbərləri saytlar, qəzetlərdən yox, mənim kitabımda oxuyardınız". 

Xatırladaq ki, "Wall Street Journal" bundan öncə də bənzər iddia ilə çıxış etmişdi. O zaman Trampın tərəfdarlarından biri - Devid Pekerin "Playboy"un modeli olan Karen Makduqala 150 min dollar verdiyi deyilirdi. Məqsəd modelin prezidentlə olan münasibəti barədə susumasını təmin etmək olub.