Şimalda dahi rəhbərə xalq sevgisi

12 Dekabr, 2019 18:32 | Siyasət | Baxış sayı: 146

Sadə insanlar, gənclər Ulu Öndəri anıblar

Qusar və Xaçmazda da görkəmli və əvəzolunmaz  şəxsiyyət Heydər Əliyevin xatirəsini hörmətlə anıblar.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Heydər Əliyevin  Qusar şəhərindəki  abidəsi önündə qələbəlik yaşanib.

Rayonun icra və hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilat, müəssisə nümayəndələri, sadə sakinlər, gənclər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ruhunu yad ediblər. Aldığımız məlumata görə, 2000 Qusar sakini bu gün dahi Azərbaycan liderinə ehtiramını bildirməyə gəlib.

Xaçmazlılar da bu gün böyük Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramlarını bildirmək üçün onun abidəsi önünə axışıblar. Rayon İH rəhbərliyi, hüquq-mühafizə və sərhəd xidməti rəsmiləri, ayrı-ayrı idarə və təşkilat təmsilçiləri, sadə xaçmazlılar Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.

10 mindən artıq Xaçmaz sakini gün ərzində xalqın dar günündə onun yanında olmuş unudulmaz rəhbərinə ehtiramını bildirib. Heydər Əliyevin vəfatının 16-cı ildönümü bölgənin Şabran, Siyəzən, Xızı rayonlarında da hörmətlə qeyd edilib.