Qədim şəhər Ulu Öndəri andı

12 Dekabr, 2019 17:32 | Siyasət | Baxış sayı: 129

Anım saatları günün sonunacan davam edəcək.

Heydər Əliyevin vəfatının 16-çı ildönümü Qubada xüsusi ehtiramla yad edilib. Azərbaycan xalqının bu dahi şəxsiyyətinin anım günü  silsilə tədbirlərlə qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba şəhərindəki Heydər Əliyev mərkəzində "Xalqının yolunda şam kimi əriyən ömür" adlanan konfransda bu fenomen və əvəzolunmaz şəxsiyyətin Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətlərdən danışılıb.

Quba İH  başçısı Ziyəddin Əliyev xalqının xilaskarı kimi tanınan  Heydər Əliyevin xatirəsinin həmişə uca tutulduğundan,onun öz ömrünü xalqının yolunda şam kimi əritməsindən söz açıb. Quba rayon prokuroru Elman Süleymanov öz məruzəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfli ömür hekayəsi barədə ətraflı söz açıb. Digər çıxışlarda da Heydər Əliyevin həyat yolu geniş şərh edilib.

Bu gün səhər saatlarından Heydər Əliyevin  Quba şəhərindəki abidəsinin  kütləvi şəkildə ziyarətinə başlanılıb. Rayon İH-nin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, müxtəlif təşkilat və ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, məktəblilər və gənclər, bir sözlə, müxtəlif sahələrdə çalışan insanlar, sakinlər Heydər Əliyevin abidəsi önünə tər güllər döşəməklə ziyarət ediblər.

Quba İh-nin məlumatına görə, indiyədək Heydər Əliyevin abidəsini 15 minə yaxın insan ziyarət edib. Anım saatları günün sonunacan davam edəcək. Sadə qubalılar, Heydər Əliyevin öz xalqına olan sonsuz hörmətini bilən hər bir qubalı,hər bir vəzifə adamı bu böyük şəxsiyyətə öz ehtiramını onun xatirəsini yad edib ziyarətinə gəlməklə bir daha bildirib.