Türkiyə Bakı-İsrail dostluğundan narahatdır?

12 Dekabr, 2018 14:45 | Siyasət | Baxış sayı: 194
Erkan Özaral
Erkan Özaral

Türkiyə səfiri Erkan Özoraldan gözlənilən açıqlama

“Azərbaycan müstəqil dövlətdir. İstədiyi dövlətlə münasibət qurmaqda azad və sərbəstdir". 

IstiPress-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyənin İnsan və Sosial Araşdırmalar Mərkəzinin (İNSAMER) hesabatına münasibət bildirib.

Qeyd edək ki, İNSAMER hesabatında Türkiyənin Azərbaycan-İsrail münasibətlərindən narahat olduğu qeyd edilib.

Erkan Özoral jurnalistlərə açıqlamasında Azərbaycanın əlaqələrinin heç zaman Türkiyəni narahat etmədiyini deyib: "Azərbaycan heç zaman Türkiyəni narahat etmir, Türkiyə də heç zaman Azərbaycanı narahat etməz. Bizim qardaşlıq münasibətlərimiz var. Bir-birimizi narahat edəcək heç bir münasibətimiz ola bilməz”.