Rus general Bakıda NATO-nu uzaq durmağa çağırıb

12 Dekabr, 2018 19:24 | Siyasət | Baxış sayı: 378

Valeri Gerasimov ilə Körtis Skaparrottinin Azərbaycan paytaxtındakı görüşü başa çatıb

Ordu generalı Valeri Gerasimov Bakıda Körtis Skaparrotti ilə görüşdə NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlama NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında Bakıda keçirilən görüşün başa çatması ilə bağlı olub.