Ayətullah Xameneinin 2019-cu il qorxusu

12 Dekabr, 2018 18:27 | Siyasət | Baxış sayı: 160
Ayətullah Xamneyi - İranın dini rəhbəri
Ayətullah Xamneyi - İranın dini rəhbəri

“ABŞ İranı qarışdıra bilər”

“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.

İstiPress-in məlumatına görə, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Bu ilin əvvəlində Ağ Evin mətbuatda “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamenei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.