Prezident ümummilli liderin məzarında

12 Dekabr, 2017 10:03 | Siyasət | Baxış sayı: 131
İlham Əliyev Fəxri Xiyabanda
İlham Əliyev Fəxri Xiyabanda

Ölkə rəsmiləri Heydər Əliyevi anıblar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək H.Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də H.Əliyevin anım mərasiminə qatılıblar. 

Akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib