ABŞ Qüds qərarından imtina elədi

12 Dekabr, 2017 15:04 | Siyasət | Baxış sayı: 1599
Qüdsün Şərq divarları - İsrail ordusunun qadın əsgərləri hərbi and içir
Qüdsün Şərq divarları - İsrail ordusunun qadın əsgərləri hərbi and içir

Fələstin probleminin arxasında gizlənən gerçəklər

Öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədə qərar qəğul etməsi  ilə dünyada geniş etiraz dalğası yaratmaqla yanaşı, ABŞ-ın öznün BMT-yə təqdim etdiyi Fələstin variantıdan imtinası deməkdir.

İstiPress-in məlumatına görə, dünyada yarana etiraz dalğasının nə ilə nəticələnəcəyi sabah İstanbulda keçiriləcək Qüds sammitindən sonra məlum olacaq.

Türkiyə prezidenti sammitə əksər müsəlman ölkələrini və Vladimir Putin kimi xristian aləminin nüfuzlu liderlərini də dəvət edib. Düzdür, bəzi qərb KİV-ləri ərəb ölkələrinin bu məsələdə yekdillik göstərməyəcəyini iddia edirlər. Məsələn, BBC qeyd edir ki, Ərəb Liqası ölkələri “Qüdsə görə səs salacaqlar, amma heç bir konkret addım atmayacaqlar, bu göstərəcək ki, Yaxın Şərq artıq tamamilə fərqlidir”.

Dünya KİV-ləri ərəblərin və bütünlükdə İslam dünyasının laqeyd olacağı barədə ehtimalı belə izah edir: Səudiyyənin başı Yəməndə şusilərə qarışıb, Suriya və İraq vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmaqla məşğuldur, Türkiyə FETO və PKK ilə mübarizəni hayındadır və s.

Düzdür, Rusiya prezidenti Vladimir Putin çıxış edərək Trampın qərarının münaqişənin həllinə mane olacağını, Rusiyanın bu məsələdə BMT Təhlükəsizlik Şurasının qərarlarını dəstəklədiklərini vurğuladı. Bu məsələlərə görə, hətta Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan ona rusca təşəkkür edərək “Spasibo” dedi.

Amma məsələ bundadır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Qüdsün iki yerə - ərəb və yəhudi bölgələrinə bölünməsi barədə verilmiş həll variantının müəllifi ABŞ-dır. Münaqişənin həlli ilə bağlı iki variant - Britaniya və ABŞ variantı irəli sürülmüşdü. Britaniya variantına görə, Fələstin üç yerə bölünməli idi - ayrıca yəhudi və ərəb dövlətləri yaranmalı idi, Qüds isə üç dinin mərkəzi kimi BMT-yə tabe olmalı idi. Yəhudilər və ərəblər bu variantla razılaşmırdılar, hər birinin öz əsası vardı. Yəhudilər şəhərin 3 min il əvvəl Tanrı tərəfindən onlara verildiyini bildirir və ilkin adı Yerüsəlim olan bu şəhərin 3 min ildir İsrailin paytaxtı olduğunu iddia edirdilər. 

Qüdsün məhəllələri
Qüdsün məhəllələri

Fələstin ərəbləri isə Qüdsün 3 min ildən əvvəl də onlara məxsusluğunu irəli sürürdülər. Əslində, Fələstin ərəblərinin yarıya qədəri genetik olaraq misirlilərə və yunanlara yaxın olan, yəhudilərdən əvvəl Fələstinə yerlişmiş dəniz xalqı filistimlilərin törəmələridir. J geni daşıan ərəb və yəhudilərdən fərqli olaraq E geni daşıyan filistimlilər Misirdən Krit adasına köçmüş, oradan isə həm Yunanıstana, həm də Fələstinə yerləşmişlər. Ölkənin adı da onlarla bağlıdır. Qədim zamanlar arami dilində danışan filistimlilər islamdan sonra rahatlıqlə ərəbləşiblər. Fələstin ərəblərinin iki tayfası isə Xeybər yəhudilərinin nəslidir. Onlar Mədinədə Məhəmməd peyğəmbərin messiyasını gözləyən digər soydaşlarından fərqli olaraq İslamı qəbul etmədilər və geri Fələstinə dönəndən sonra səhvlərini anladılar və hələ yolda olarkən İslama keçdilər. Təbii ki, yüzillər boyunca Hicazda yaşadıqları üçün çoxdan ərəbləşmişdilər.

Yəni hər iki toplumun Fələstinə iddiasının tarixi səbəbləri vardı və ABŞ məsələnin həlli üçün Qüdsü hər iki dövlətin - İsrailin və Fələstin ərəb dövlətinin arasında bölməklə hər iki tərəfi razı salmağa qərar vermişdi. Lakin 1967-ci ildə baş vermiş müharibədən sonra İsrail Qüdsü bütünlüklə tam işğal etdi və ilhaq etdi. Amma dünya buna etiraz olaraq Qüdsü İsrailin paytaxtı kimi tanımadı. Heç bir dövlət Qüdsdə səfirlik açmadı. ABŞ-ın bu addımı özünün irəli sürdüyü variantdan başqa bir şey deyildir. Buna görə, ABŞ gec-tez ondan imtina etməli, ya da Donald Trampın dediyi kimi, Qüdsü iki yerə bölərək yarısını da Fələstin hakimiyətinin nəzarətinə verməli, bununla da Fələstin problemini həll etməlidir. Yəni ABŞ İsraili Şərqi Qüdsdən çıxarmalıdır.