14 il Dahi azərbaycanlısız

12 Dekabr, 2017 08:45 | Siyasət | Baxış sayı: 131
Heydər Əliyev
Heydər Əliyev

Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Bu zaman kəsimini Azərbaycanın inkişafı nöqteyi nəzərindən  qiymətləndirmək lazım deyil. Hər şey göz qabağındadır. Azərbaycanın yeni tarixini yazan şəxs – Heydər Əliyevin siyasi kursu həyata keçirilir. Fundament hazırkı prezident İlham Əliyev tərəfindən möhkəmləndirilir.

Ancaq bu günümüz nə qədər də yaxşı, sabahımız nə qədər işıqlı olsa da bunu kimə borclu olduğumuzu unutmaq olmaz. H.Əliyevin xatirəsi hər zaman qorunmalıdır. Onun tükənməz enerjisi, ideal yaddaşı, həssaslığı, dəqiqiliyi və ədalətli zəhminə dünya miqyasında olan, onun istedadının mində birini belə sahib olmayan çox siyasətçilər həsəd aparırdı.

H.Əliyev mətbuatın da ən yaxın dostu idi. O, ANS-i də yaxşı tanıyırdı, onun verilişlərinə, xüsusilə xəbərlərinə baxmağı çox sevirdi. Bu barədə o özü dəfələrlə ictimaiyyət qarşısındakı çıxışlarında deyib.

Xalq onun geri dönüşünü tələb edəndə o dəfələrlə ANS kollektivi ilə görüşüb, jurnalistlərə məsləhətləri ilə kömək edib. Kanalın əməkdaşları da onu təkcə sevmirdilər, həm də ümummilli liderə heyran idilər. O hələ Naxçıvanda işləyəndə, özü haqqında materialların nəşrinə qadağalar qoyulanda ANS-çilər demək olar ki, hər həftə Naxçıvana gedərək blokadada olan respublikadakı vəziyyəti, H.Əliyevin erməni təzacüzcülərin hücumlarını dəf edərək, bu rayonu necə ayağa qaldırmağa çalışması haqqında xəbərləri respublika əhalisinə çatdırıdılar.

Ümummilli lider hətta o uzaqda -  Klivlentdəki xəstəxanada olan zaman belə Azərbayacan xalqına ANS vasitəsilə müraciət edib.

H.Əliyev qeyri-adi şəxsiyyət idi. O, heç kimdə olmayan güclü iradəyə sahib idi. Onun çatışmazlığını hər zaman hiss edirik. Allah rəhmət eləsin!