Paşinyan niyə ilk dəfə doğru söylədi?

12 Noyabr, 2020 14:14 | Siyasət | Baxış sayı: 284
İrəvanda iğtişaşlar
İrəvanda iğtişaşlar

Paşinyan iki illik hakimiyyəti ərzində ilk dəfə öz xalqına doğru söylədi. Bunu etməyə onu Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və bizim qəhrəman ordumuz məcbur etdilər.

İrəvanda isə Paşinyanın istefası və satqınlığa görə həbs ediləmsi tələbi ilə mitinqlər gedir. Ermənistan baş nazirinin öz xalqına müraciətində dediyinə görə, o, bu sazişi ona görə qol çəkib ki, Xankəndi, Əskəran və başqa yaşayış məntəqələri üçün təhlükə yaranmışdı, həm də əsas real təhlükə Ermənistan ordusunun tam məhvi ola bilərdi.

Dağlıq Qarabağ bu gün dünya KİV-lərinin əsas mövzusudur. Parisdən xəbər verirlər ki, erməni törəməsi olan prezident Makron Dağlıq Qarabağdakı vəziyyətlə bağlı çox narahat olub. Onu bu vəziyyət koronavirusdan da çox narahat edir.  Bu xəstəliyə yoluxanların miqdarına görə ölkəsi bu gün Avropa liderlərindən biridir.

Rusiyanın bir sıra telekanalları da Fransadan geri qalmır. NTV telekanalının «Mesto vsterçi» verilişinə yığılan siyasətçilər və ekspertlər qəflətən narahat olublar ki. Bakıda qələbə bayramı münasibəti ilə Azərbaycan və Türkiyə bayraqları qaldırıb. «Bəs niyə Rusiya bayrağı yoxdur?» deyə sitəm ediblər. Halbuki, özlər çox gözəl bilirlər ki, Rusiya hələ Qorbaçovun vaxtından Ermənistanı dəstəkləyib. Azərbaycan da heç zaman unutmayacaq ki, Rusiyanın 366-cı polku Xocalıya hücum edib. Bu gün də Moskva Ermənistanın Qarabağda itirdiyi döyüş texnikasının yerini doldurur, demək olar ki, pulsuz verir. Bu da yəqindir ki, ermənilər Azərbaycanın cəbhədən uzaq şəhərlərini onlara Rusiyadan müftə verilən artileriya qurğularından atəşə tuturlar.

Başqa bir Rusiya telekanalında isə bəyan ediblər ki, Azərbacan neft dolları ilə ən müasir silahlar alıb, bu da Bakının İrəvan üzərində qələbəsin təmin edib. Bu üzdəniraq politoloqlar və ekspertlər yəqin unudublar ki, faşist Almaniyası üzərində qələbəyə də Bakı nefti böyük dəstək verib. Sovet kino operatorları onda çəkmişdilər ki, 14 yaşlı uşaqlar müharibəyə yolanmış ata və qardaşlarını əvəz edərək, neft mədənlərində işləyirdilər.

Həmin vaxt sovet şairi, Rusiyanın və SSRİ-nin dövlət himnini müəllifi Sergey Mixalkov yaxzırdı ki, nəhəng tankların mühərriki Bakı nefti olmadan işləmirdi. Amma müharibədən sonra Rusiya şəhərlərinə qəhrəman adı verilsə də, Bakını unutdular.

Rusiya televiziyasında həm də çox narahat olmuşdular ki, Türkiyə ilə monitorinq sazişi bağlanıb. Hətta ehtimal edirlər ki, Ankara Qarabağda müharibədə iştirak edəcək. Bizim Rusiyadakı səfirimiz Polad Bülbül oğlu özünəməxsus sarkazmla bütün bu hücumlara cavab verdi. Qeyd etdi ki, Türkiyə Azərbaycanın müttəfiqidir, bizim ölkənin işğal edilmiş torpaqlarının azad edilməsini həmişə dəstəkləyir. Səfir hətta toplaşanlardan Stepanakert sözünü işlətməməyə çağırıb. «Azərbaycanın coğrafi xəritəsində belə bir şəhər yoxdur», - deyib. Sonda Polad Bülbüloğlu  hamıya xatırlaıb ki, Qarabağ Azərbaycandır.  

Mais Məmmədov

əməkdar jurnalist