Prezident Şirvana yeni icra başçısı təyin etdi

12 Noyabr, 2019 12:52 | Siyasət | Baxış sayı: 118
Şirvan şəhəri
Şirvan şəhəri

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısını ora təyin edib

Azərbaycan Prezidenti İlham Əliyev İlqar Namaz oğlu Abbasovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İstiPress-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə İ.N.Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov idi. O, mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. O, Zərdaba icra başçısı göndərilib.