Nazarbayev: "Zelenski Putinlə Qazaxıstanda görüşməyə razılıq verib"

12 Noyabr, 2019 11:40 | Siyasət | Baxış sayı: 34
Nursultan Nazarbayev
Nursultan Nazarbayev

"Bu barədə Rusiya prezidentinə məlumat vermişəm"

Qazaxıstanın ilk və sabiq prezidenti Nursultan Nazarbayev Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və danışıqlar aparmağa hazır olduğunu bildirib.

İstiPress-in məlumatına görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

O deyib ki, Zelenski Putinlə üz-üzə görüşməyə razılıq verib: "Bu barədə Rusiya prezidentinə məlumat vermişəm. Baxaq görək necə olur".

Eyni zamanda sabiq prezident görüş yeri kimi Qazaxıstanı təklif edib.