Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

12 Noyabr, 2019 09:53 | Siyasət | Baxış sayı: 32
Mehriban Əliyeva
Mehriban Əliyeva

"Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib. 

İstiPress-in məlumatına görə, M. Əliyevanın Konstitusiya Günü ilə əlaqədar "İnstagram"da paylaşdığı təbrikdə deyilir: 

"Əziz həmvətənlər! Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!"