Yeni icra başçılarından biri deputatdır
Prezident İlham Əliyev imzaladığı sərəncamla Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsindən azad edilib.
İstiPress-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinə başçı göndərilib.
Həmçinin Prezident İlham Əliyev deputat Elşad Eldar oğlu Həsənovu Yasamal rayonuna icra başçısı təyin edib. Qeyd edək ki, E. Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.
Prezident İlham Əliyev Xətai rayonuna da icra başçısı təyin edib. Sərəncama əsasən, Rafiq Çəpərxan oğlu Quliyev rayonun yeni icra başçısı olub.
Qeyd edək ki, R. Quliyev rayonun sabiq başçısı Razim Məmmədovun 1-ci müavini vəzifəsində çalışıb. Razim Məmmədov isə ötən ilin dekabr ayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Vida mərasimində Milli Məclisin çox sayda deputatı iştirak etdi
Heydər Bünyadov müəyyən müddət Xarici İşlər Nazirliyində çalışıb
Boris Conson “Sky News”da müsahibə verib
"Yaralananların tezliklə sağalmasını diləyirik”
Mövqelərimiz atəşə tutulub