Qarabağa döyüşməyə gələn erməni iş adamı məhv edildi

12 Oktyabr, 2020 12:57 | Siyasət | Baxış sayı: 111

Döyüşmək üçün Qarabağa gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan hərbi əməliyyatlar zamanı məhv edilib.

İstiPress-in məlumatına görə, bu barədə məlumat Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın “Facebook” səhifəsində yer alıb.

A.Arutyunyan qeyd edib ki, onlar 2016-cı ilin aprel döyüşlərində tanış olublar və biznesmenin gələcək planlarında qondarma “Dağlıq Qarabağ respublikası”na investisiya qoymaq da olub.